TQDK-dan xəbərdarlıq
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyent qəbul olduğu ali məktəbdə təhsil ala bilməyəcək.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, tələbə adı qazanmış şəxslər 2015-ci il
avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə
təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq
ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun
qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili
üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin
nəticələrini avqustun 12-də elan edib.
Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak
etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali
təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini
oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 13816 abituriyent
Azərbaycan bölməsi üzrə, 1590 abituriyent isə rus bölməsi üzrə tələbə
adını qazanıb.