Azərbaycan avtomobil idxalını ikiqat azaldıb

Azərbaycan avtomobil idxalını ikiqat azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 21 147 ədəd avtomobil idxal olunub.
Vətəninfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 129 avtomobil və 2,05 dəfə azdır.  Ölkəyə gətirilən avtomobillərin 686 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 18 821 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 437 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 203 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az