Azərbaycan Prezidentinin sərəncamı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Göyçay şəhərində
çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki,
sərəncama əsasən Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri
işlərinin həyata keçirilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon
manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.