Nazir Rusiyanın Ermənistandakı hərbi bazası barədə: Gözüaçıq olmalıyıq

Nazir Rusiyanın Ermənistandakı hərbi bazası barədə: Gözüaçıq olmalıyıq
İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və İrəvanın öz işidir, amma Bakı bunu diqqətdə saxlayır.

İstiPress-in məlumatına görə, E.Məmmədyarov deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazası SSRİ dövründən fəaliyyət göstərir.

"Həmin vaxt cənuba doğru NATO üzvü Türkiyə ilə sərhəddə çəx təhlükəli hərbi qruplaşma olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq”, - nazir bildirib.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Burada MDB-nin Birləşmiş havadan müdafiə sistemləri çərçivəsində döyüş növbəsi çəkilir.

Rusiya və Ermənistan 2010-cu ilin 20 avqustunda hərbi bazanın istifadə müddətinin 2044-cü ilə qədər uzadılması barədə razılığa gəliblər. Protokolda həmçinin bazanın coğrafi və strateji məsuliyyətinin artırılması da nəzərdə tutulub.

102-ci hərbi bazada S-300V Zenit Raket Kompleksləri, Buk-M1-2 raketləri, MiQ-29 qırıcıları, Mi-8MT nəqliyyat helikopterləri və Mi-24P zirehli döyüş helikopterləri mövcuddur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az