Eldar Əzizov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev E.Ə.Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Miq.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Əziz oğlu Əzizov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Miq.az