Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az