Bu şəxslərin maaşı ARTIRILDI

Bu şəxslərin maaşı ARTIRILDI

"Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.

Miq.Az Modern.az-a istinadən xəbər verir ki, artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

O bildirib ki, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən əməkhaqları 20 faiz artırılıb:

"Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az