2,1 trilyonluq hərbi xərc: İlk yerləri görün hansı ölkələr tutur

2,1 trilyonluq hərbi xərc: İlk yerləri görün hansı ölkələr tutur

Qlobal hərbi xərclər 2021-ci ildə 0,7% artaraq 2,1 trilyon dollara çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.

Xərclərə görə ilk siyahıda ilk 5 yeri ABŞ, Çin, Hindistan, İngiltərə və Rusiya tutur. Dünyanın hərbi xərclərinin 62%-i bu ölkələrin payına düşür.

SIPRI bildirib ki, hərbi xərclər 17 ildir ki, davamlı olaraq artır.

"COVID-19 pandemiyasının iqtisadi nəticələrinə baxmayaraq, qlobal hərbi xərclər rekord səviyyəyə çatıb. İnflyasiya real ifadədə artımı azaldıb. Bununla belə, nominal ifadədə hərbi xərclər 6,1% artıb”, - deyə SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının baş elmi işçisi Dieqo Lopez da Silva əlavə edib.

ABŞ-ın 2021-ci ildə hərbi xərcləri 801 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 1,4% azdır. 2012-2021-ci illər arasında ABŞ-ın hərbi tədqiqat və inkişafa ayırdığı maliyyə vəsaiti 24% artıb, eyni dövrdə silah tədarükünün maliyyələşdirilməsi isə 6,4% azalıb.

Rusiya Ukraynaya qarşı müharibəyə hazırlıq çərçivəsində 2021-ci ildə hərbi xərclərini 2,9% artıraraq 65,9 milyard dollara çatdırıb.

"Yüksək neft və qaz gəlirləri Rusiyaya 2021-ci ildə hərbi xərclərini artırmağa kömək edib. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə cavab olaraq sanksiyalarla birləşən aşağı enerji qiymətləri səbəbindən Rusiyanın hərbi xərcləri 2016-cı ildən 2019-cu ilə qədər azalıb”, - SIPRI-nin hərbi xərclər və silahlar proqramının direktoru Lucy Bero-Sudro bildirib.

2021-ci ildə Çin silahlı qüvvələrinə təxminən 293 milyard dollar ayırıb ki, bu da 2020-ci illə müqayisədə 4,7% çoxdur. Çinin hərbi xərcləri 27 ildir ardıcıl olaraq artır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az