34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb

34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb

"1994-cü ildən bu gün qədər 34 nəfər azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb”.

"Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi uşaqlar üzərində faciəli təsirlərini qoyub: "Yüz minlərlə uşaq Dağlıq Qarabağda gedən döyüşlər zamanı ziyan görüb. Bu, dünyada qlobal problemlərdəndir. Dünya buna etinasız yanaşmamalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az