40-cı gün: Ukraynanın itkiləri açıqlandı

40-cı gün: Ukraynanın itkiləri açıqlandı

Müharibənin 40-cı günü üçün Rusiya Ukraynanın itkilərini yeniləyib.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya MN-nin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi düşmənin 125 təyyarə və 91 helikopteri, 392 pilotsuz uçuş aparatı, 1936 tank və digər zirehli döyüş texnikası, 211 reaktiv yaylım atəş sistemi, 226 zenit raket kompleksi, 833 səhra artilleriya silahı və minaatan, o cümlədən 1810 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”, - Konaşenkov qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az