81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir: “Hələ yorulmamışıq

81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir: “Hələ yorulmamışıq”

Milli Məclisin ən yaşlı deputatlarından olan Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.

"Miq.Az" xəbər verir ki, F.Heydərov Etikxeber.az-in növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə sualına cavab verərəkən "hələ yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: "Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana - 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. 1938-ci il təvəllüdlü F.Heydərovun 81 yaşı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az