95 avtobus sürücüsü cərimələndi

95 avtobus sürücüsü cərimələndi
Bakıda marşrut avtobus sürücüləri qaydalara əməl etmədikləri üçün cərimələniblər.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini paytaxt ərazisində reydlərə davam edir.
Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı oxu.az-a açıqlamasında bildirib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımaları MMC əməkdaşları tərəfindən aparılan reydlər nəticəsində 95 marşrut avtobusunun sürücüsü cərimələnib.
Bundan başqa, 1 avtobus sürücüsü avtobusu sənədsiz idarə etdiyi üçün, 8 sürücü avtobusu qapını açıq idarə etdiyi, 86 sürücü isə dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişin götürdüyü üçün cərimələnib.
Hazırda paytaxt ərazisində reydlər davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az