“AA” seriyalı “Mercedes” 33 yaşlı qadını vuraraq öldürdü

 “AA” seriyalı “Mercedes” 33 yaşlı qadını vuraraq öldürdü

Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ay verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb.

APA-nın əldə etdiyi məlumata görə, Bakıda Nərimanov rayonunda baş verən yol qəzası dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib. "Mercedes” markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb.

Nərimanov rayonunda baş verən digər hadisədə isə "Hyundai” markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az