Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsi güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib.
Miq.az xəbər verir ki, idarənin rəisi Orxan Məmmədov qafqazinfo-ya bildirib ki, sakinlər nəqliyyat vasitələrini mümkün qədər hündür ağacların altında park etməsin:
"Küləyin sürəti həddindən artıq yüksək olduğu üçün hər an ağaclar aşa bilər. Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var. Ona görə də binaların, ağacların altından keçəndə, nəqliyyat vasitəsini park edən zaman diqqətli olsunlar".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də dünən güclü küləklə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL