ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir – İrəvanda mühüm görüş olacaq
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Miq.Az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Erika Olson noyabrın 2-4-də İrəvanda ABŞ-ın Cənubi Qafqaz regionundakı nümayəndəliklərinin rəhbərlərinin konfransında iştirak edəcək.
Konfransda ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin, Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Çaffer və USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski iştirak edəcək.
"Konfrans iştirakçıları daxili müzakirələrdən başqa Ermənistan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirəcək”, – səfirliyin bəyanatında belə deyilir.
Miq.Az