ABŞ İraqdan da gedir – Bayden tarix verdi
ABŞ Əfqanıstandan sonra İraqdakı hərbi qüvvələrini də bu ilin sonunadək çıxaracaq.
Miq.Az xəbər verir ki, bu barədə Ağ Evdə İraq Baş naziri Mustafa əl-Kazımi ilə görüşündə ABŞ Prezidenti Co Bayden məlumat verib.
O, hərbi qüvvələrin çəkilməsindən sonra ABŞ-ın İraq ordusuna terrorizmlə mübarizə və təlimlərdə dəstək verməyə davam edəcəyini bildirib.
İlin sonuna qədər İraqda nə qədər ABŞ hərbi qüvvəsinin qalacağı sualını Bayden belə cavablandırıb:
"İraqda işlərin yaxşı getdiyinə inanıram. Bu vəziyyətdə İraqdakı rolumuz lazımi məqama hazır olmaq, yardımlar etmək, baş qaldırdıqda İŞİD-lə mübarizə şəklində olacaq. Amma ilin sonuna qədər hərbi missiyamız başa çatacaq”.
Miq.Az