ABŞ ordusunun ən zəif nöqtəsi: “Vəziyyət fəlakətlidir”

ABŞ ordusunun ən zəif nöqtəsi: “Vəziyyət fəlakətlidir”

Köhnələn gəmi tərsanələri ABŞ ordusunun ən zəif nöqtəsidir və ölkə əhalisinin təhlükəsizliyini təhdid edir.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən "19FortyFive” analitik saytı yazıb.

ABŞ Senatının bu yaxınlarda 1.1 trilyon dollarlıq infrastruktur inkişaf paketini təsdiq etdiyini xatırladan mənbə ən əhəmiyyətli problemlərdən birinin gəmi tərsanələrinin durumunun olduğunu bildirib.

ABŞ-da cəmi dörd gəmi tərsanəsinin fəaliyyət göstərdiyini və onların hamısının yüz ildən çoxdur xidmətdə olduğunu qeyd edən mənbə yazıb: "Bu tərsanələrin təyyarə daşıyıcıları və sualtı gəmilərə görə texniki baxımdan məsuliyyət daşıdığını nəzərə alsaq, vəziyyət həqiqətən fəlakətlidir”.

Məqalə müəllifi qeyd edib ki, ən ciddi problemlərdən biri bu müəssisələrin yeni nəsil sualtı gəmilərə xidmət göstərə bilməmələri və dövlət tərsanələrindəki avadanlıqların xeyli köhnə olmasıdır.

"Bir çox sahədə oxşar problemlər var. ABŞ ordusu üçün döyüş sursatı istehsal edən fabriklər müasir avtomatlaşdırılmış texnikadan istifadə etməkdənsə, İkinci Dünya Müharibəsindən qalma avadanlıq və istehsal proseslərinə güvənməyə davam edirlər. Bu, təkcə müəssisələrin işçilərini yox, ABŞ-ın milli müdafiəsini təhdid edir”, - müəllif vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az