ABŞ Rusiya və Belarusa sanksiyanı genişləndirir

ABŞ Rusiya və Belarusa sanksiyanı genişləndirir

ABŞ tezliklə Rusiya və Belarusdan daha 120 şirkəti sanksiya siyahısına əlavə edəcək.

Miq.Az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild məlumat verib.

"Yaxın günlərdə Ticarət Nazirliyi sanksiyalar siyahısına Rusiya və Belarusdan daha 120 təşkilatı əlavə etməklə, Rusiyanın müdafiə, aerokosmik və dəniz sektorunun mövqelərini pisləşdirmək üçün növbəti addım atacaq. Biz onların Qərb texnologiyasını əldə etmələrinə və bizim sərt sanksiyalarımızdan yayınmasına icazə verməyəcəyik”, - o bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az