ABŞ Şimali Koreyaya qarşı sanksiyaları uğurlu sayır

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları uğurlu sayır
ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları kəşfiyyat hesabına uğurludur.


Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu terrorizmlə mübarizə üzrə maliyyə və maliyyə kəşfiyyatı nazir müavini Siqal Mandelker bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda kəşfiyyat 2013-2016-cı illərdə Şimali Koreyadan 500 milyon dollarlıq kömür idxal edən 3 Çin şirkətini üzə çıxarmağa kömək edib və onlara qarşı sanksiyalar tətbiq edilib. Bundan əlavə, ABŞ Çinin "Dangong" bankına qarşıda sanksiyalar tətbiq edib.

S.Mandelker bildirib ki, Donald Trampın administrasiyası yanında Şimali Koreya üzrə 70-dən artıq insan və şirkətə qarşı sanksiyalar tətbiq edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az