Ağcabədidə ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib – FOTO

Ağcabədidə ovçuluğun aparılması  qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Ekoloji İnformasiya” İctimai Birliyinin həyata keçirdiyi " Ovçunun məsuliyyəti:ovçuluğun aparılması qaydaları haqqında ekoloji təbliğat kampaniyası adlı layihə çərçivəsində 19.07.2018-ci il tarixində Ağcabədi rayonunda məlumatlandırma sesiyyası təşkil olunub.


"Ekoloji İnformasiya” İB-nin sədri, layihə rəhbəri Musa Muradov sosial-ekoloji problemlərdən danışaraq cəmiyyətin ətraf mühitə olan baxışlarının humanistlərilməsini vacib sayıb. Bu istiqamətdə aparılan maarifləndirmə kampaniyaları haqqında məlumat verib. Ötən il təşkilatın ceyranların təbiətə reintruksiya olunması barədə tədbirlərə dəstək olaraq layihə həyata keçirdiyini, bu vacib ekoloji nailiyyətlərin əldə olunmasında İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın özünəməxsus rolunu vurğulayıb.

Vətəndaşların sağlam ətraf mühitdə yaşamaq kimi Konstitusion hüquqa malik olmaqla yanaşı eyni zamanda yaşadığımız dünyanı qorumağa borclu olduğumuzu qeyd edən Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradov " Ovçununun məsuliyyəti: ovçuluğun aparılması qaydaları” haqqında ekoloji təbliğat kampaniyası layihəsinin də bu məqsədə xidmət etdiyini bildirib.

Layihə rəhbəri Musa Muradov Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilata göstərdiyi dəstəyiminnətdarlıla qeyd edib. Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova və onun aparatına, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

Layihənin eksperti Rasim Zeynalov ovçuluqla bağlı Azərbaycan Respublikasının qanunlarından, ovçuluğun aparılması qaydalarından danışaraq geniş və əhatəli məlumat verib. Natiq vurğuluyub ki, ovçuları maarifləndirmək lazımdır. Elə canlılar var ki, onların ovlanması qadağandır. Bir çox canlıların nəsli kəsilmək üzrə olduğu üçün onların adı qırmızı kitaba salınıb.Adı qırmızı kitabda olan canlıları ovlamaq isə inzibati, ya cinayət məsuliyyəti yaradır.

Qırmızı kitab haqqında geniş məlumat verən ekspert Milli Park, Yasaqlıq, Qoruq ərazilərində ovçuluğun aparılmasının qəti qadağan olduğunu, ov üçün təsərrüfatların yaradıldığını və həmin ərazilərdə ovçuluğun aparılmasının məqsədəmüvafiqliyini qeyd edib. Ovçuluq təsərrüfatları haqqında danışmaqla bərabər, layihənin eksperti həm də ovçu hüququ qazanmaq üçün prosedur qaydalar, lisenziyaların alınması, ov mövsümündə canlıların vaxta görəovlanması barədə ətraflı məlumat verib.

Məlumatlandırma sesiyyası səmimi , diskusiya şəraitində aparılıb. İştirakçıları maraqlandıran suallara geniş və əhatəli cavablar verilib.







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az