Ağdamın icra başçısı Bakıdakı ağdamlıları görüşə çağırıb

Ağdamın icra başçısı Bakıdakı ağdamlıları görüşə çağırıb
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Suraxanı rayonunda görüş keçirəcək.
İcra başçısı Raqub Məmmədov Bakı şəhərində məskunlaşan Agdam rayonundan olan məcburi köçkünləri qəbul edəcək.
Avqust ayının 7-də saat 11:00-da Suraxanı rayon İcra Hakimiyyətinin akt zalında baş tutacaq görüşdə məcburi köçkünlərin qarşılaşdığı problemlər və çətinliklərin birgə həlli yollarına aydınlıq gətiriləcək.
Tədbirdə Bakıda məskunlaşan Ağdam ziyalıları və rayonun digər məsul şəxsləri iştirak edəcək. Daha sonra belə bir görüşün Xəzər rayonunda da keçirlməsi nəzərdə tutulub. Görüşə KİV təmsilçiləri də dəvətlidirlər.
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az