Akif Çovdarov: “Ölümümə 10 gün qalıb”

Akif Çovdarov: “Ölümümə 10 gün qalıb”

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclas ötən dəfəkilərə nisbətən "vaxtında” başladı. Təqsirləndirilən Akif Çovdarovla vəkili Kamandar Nəsibovun ənənəvi görüşü bitdikdən sonra 11:45-də məhkəmə heyəti zala daxil oldu.

General Akif Çovdarov söz alaraq, vəkillərindən imtina ərizəsini geri götürdüyünü və prosesə 3 vəkillə davam edəcəyini bildirdi. Daha sonra Çovdarov dedi: "24 gündür aclıq edirəm. Bu müddət ərzində 17 kiloqram arıqlamışam. Əgər mənə ixtisaslı həkim yardımı olunmasa, 10 gündən sonra öləcəyəm. Xahiş edirəm, pulunu verdiyim və istədiyim həkimlərin məni müayinə etməsini təşkil edəsiniz”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az