Aktyorlar teatr direktorunu məhkəməyə verir

Aktyorlar teatr direktorunu məhkəməyə verir
Akademik Milli Dram Teatrının bir qrup tanınmış aktyoru məhkəməyə müraciət edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumat AzNews.az-a sözü gedən teatrdan daxil olub. Məlumata görə, onlar xalq artisti, mərhum sənətkar İlham Əsgərovun ölümündə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovu ittiham edirlər. Aktyorlar qeyd edir ki, İ.Əsgərovun ölümünün səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı və günahkar cəzasız qalmamalıdır. İddia olunur ki, Xalq artistinin qəfil ölümünün səbəbi direktor İsrafil İsrafilovun onu əsəbiləşdirməsi olub. 

Məsələ ilə bağlı hüquq müdafiəçisi Müzəffər Baxış AzNews.az-a açıqlamasında bildirib ki, əgər belə bir iddia varsa, onunla bağlı məhkəmə orqanlarına deyil, prokurorluğa müraciət olunmalıdır: "Bu məsələyə prokurorluq orqanlarında baxılmalıdır. İlham Əsgərovun ölümü ilə İsrafil İsrafilovun hərəkətləri arasında hər hansı əlaqə varsa, bu hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdr”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az