"Alfa" qrupunun komandiri həlak olub

Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abduxalim Nazarzodanın silahlılarına qarşı döyüşdə ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub.

Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.

Xəbərə görə, "Alfa"nın komandiri Rüstəm Amakiyev gecə saatlarında Ramit dərəsində generalın dəstəsi ilə döyüşdə həyatını itirib. Məlumatda bildirilib ki, həmin döyüşdə "Alfa"nın bir döyüşçüsü, Xüsusi Təyinatlı Polis Dəstəsinin 2 əməkdaşı da həlak olub, güc strukturlarının bir neçə hərbçisi yaralanıb.

Xatırladaq ki, sentyabrın 4-də Düşənbə və Vəhdət şəhərlərinə silahlıların basqını nəticəsində Daxili İşlər Nazirliyinin 9 əməkdaşı öldürülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az