Alman diplomat Qarabağa qanunsuz səfər edib

Alman diplomat Qarabağa qanunsuz səfər edib
Almaniyanın Ermənistandakı keçmiş (2012-2015-ci illərdə) səfiri Reiner Morell Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, alman diplomat bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejimi tərəfindən təşkil edilən qondarma "referenduma” da "xarici müşahidəçi” qismində qatılıb.
Reiner Morell Xankəndində erməni jurnalistin sualını da cavablandırıb:
"Qarabağla yaxından tanış olmaq üçün bura gəldim və referendumu müşahidə edəcəm, öz təəssüratlarımı bölüşəcəm”.
Qeyd edək ki, Ermənistanın müstəqil mediası Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda qondarma "referendum” təşkil etməsini ucuz şou adlandıraraq, onların bu planının da iflasa uğradığını qeyd edib. Məlumatlarda deyilir ki, işğal altında olan Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma "referendumu” çox az sayda xarici müşahidəçilər və jurnalistlər müşahidə edir.

Miq.az
 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az