Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal iştirak edə bilər

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal iştirak edə bilər
Avropa Birliyi (AB) Cənubi Qafqazda münaqişələrin həllinə daha fəal cəlb olunmalıdır.
 
 Bu barədə Trend-ə "Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu"nun sədri Matias Dornfelt deyib.
 
Onun sözlərinə görə, AB Brüsseldə ali nümayəndə Federika Moqerininin iştirakı ilə danışıqları ən yüksək səviyyədə təşkil edə bilər.
 
Ekspert hesab edir ki, ATƏT-in fəaliyyətdə olan sədri Almaniya da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daha fəal iştirak edə bilər: "Almaniya qeyri-rəsmi görüşlər təşkil etmək yolu ilə tərəflərin mövqeyini yaxınlaşdıra, eləcə də Berlində Almaniya Federativ hökumətinin iştirakı ilə rəsmi görüşlər təşkil edə bilər".

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az