Almaniyada ciddi Qarabağ müzakirələri başladı

Almaniyada ciddi Qarabağ müzakirələri başladı

Həmsədrlər görüşdü

Münhen görüşü zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ) və Ermənistan XİN başçısı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə aparıblar.

İstiPress "RİA "Novosti”yə istinadən xəbərə verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı bildirilib ki, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların reallaşdırılması münaqişənin sülh yolu ilə nizama salınmasında lazımi şəraitin yaradılması üçün vacibdir. Həmçinin görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az