Alt paltarsız qadın çox seksual görsənir

Alt paltarsız qadın çox seksual görsənir

Afaq Aslan: "Sonuncu fotosessiyamda xalatın altından heç nə geyməmişəm"

Moda aləmində yeni tərz əmələ gəlib. İllərdir dünyaca məşhur ulduzlar alt paltarsız müxtəlif tədbirlərə, təqdimat mərasimlərinə qatılan görürük. Artıq bir növ buna gözümüz öyrəşib. Bu il artıq türkiyəli məşhurlar da alt paltarsız geyimləri ilə diqqət çəkməyə başlayıblar. Bəs görəsən azərbaycanlı məşhurlar bu barədə nə düşünür. Tezliklə bizim məşhurlar da dəb kimi təqdim olunan bu tərzdən istifadə edəcəklərmi? Vətəninfo.az   ATV-.az-ın keçirdiyi sorğunu təqdim edir.

Prodüsser Təranə Səmədova:

“Düşünürəm ki, hər bir xanım ilk növbədə estetik cəhətdən baxımlı görsənməlidir. Əgər bədən quruluşu buna imkan verirsə və paltar da təbii ki, bunu tələb edirsə, alt paltarı geyinməmək normaldı. Özüm isə xeyir, alt paltarsız heç bir geyim geyinməmişəm. O zaman özümü narahat hiss edərəm.”

Şairə Nazilə Səfərli:

“Geyimlə bağlı sərbəst düşünürəm. Əgər bədən ölçüləri icazə verirsə, niyə də yox. Alt paltarsız geyimlərin dəb olduğunu bilmirdim, amma ümumiyyətlə ziyafət geyimləri onu tələb edir. Pis baxmıram, ola bilər”.

Aşıq Telli Borçalı:

“Bu haqda nə danışım? Heç vaxt alt paltarsız geyim geyməmişəm. Boy, o nə deməkdi. Trend nədi? Brendmi? Brend bəlkə Ceniferə yaraşmır, mənə yaraşır? Vallah, heç xoşum gəlmədi. Ən yaxşısı kimə nə yaraşırsa onu geyinsin, özü də alt paltarı ilə birgə”.

Aktrisa, aparıcı Tunay Əliyeva:

“Qadının bədəni gözəldirsə, onu göstərmək olar.Yox əgər bədəni qüsurludursa, onu qapamaq lazımdı. Qadın gözəlliyini göstərməlidir. Alt paltarsız qadın çox seksual görsənir. Özüm Bakıda alt paltarsız geyim geymirəm, amma xaricdə geyinirəm. Bizdə belə geyinsək, min cürə söz qoşarlar”.

Aktrisa Pərvin Abıyeva:

“Alt paltarsız geyinənlərə münasibətim çox normaldı. Şou biznes nümayəndələri istədiklərini geyinə bilər. Bizim insanlar hələ qəbul etməsələr də, mən bunu normal qəbul edirəm. Ancaq özümün belə geyimim olmayıb. Bizim insanlar xarici müğənnilərin belə geyimini qəbul edir, ancaq özümüzkülərin yox. Bunu yazılan şərhlərdən açıq-aşikar oxumaq olur”.

İfaçı, aktrisa Şəms:

"Səhnə adamına yaraşırsa, o hər cür geyinə bilər. Elə geyimlər var ki, onları mütləq alt paltarsız geyinmək lazımdı. Bu da normaldı. Dünya ulduzları belə geyimləri geyirsə, niyə də biz geyinməyək".

Müğənni Afaq Aslan:

Mən buna heç də pis baxmıram. Sonuncu fotosessiyamda xalatın altından heç nə geyməmişəm. Demək olar ki, həmişə geyimlərimi alt paltarsız geyinirəm. Alt paltarsız özümü daha yüngül hiss edirəm”.

Sonda peşəkar rəyi almağa da ehtiyac duyduq. Tanınmış modolyer Zümrüd Mirzəliyeva ATV.az-a  bu tip geyimlər barədə məlumat verdi: “Bir neçə ildi ki, qırmızı xalı üzərində bir çox məşhurların geyimində bu tendensiyanı daha çox izləyirik. Bu bir növ diqqət  çəkmək üçündür. Düzdü, çox geyimlər var ki, alt paltar geyilməməsi üçün bəzi yerləri qaşlarla və yaxud hansısa bir naxışla işlənməli olur. Əsasən bunu  bir növ epataj (şokedici təəssürat) yaratmaq üçün edirlər. Mən buna dəb deməzdim. Bəziləri bunu yadda qalmaq üçün edir. Bəzi məşhur xanımlara isə bu həqiqətən də yaraşır. Bu il Kann festivalında və Oskar mükafatının təqdimetmə mərasimində bele geyimlərə daha çox rast gəlmək olardı. Barbara Streyzand 1969-cu ildə Oskar mərasimində bele bir geyimlə görüntülənib. Şer 1986-1987- ci illərdə, Gvinet Peltrou 2001-ci ildə Oskar mərasiminə enli ətəklə, üst qismində nazik bir köynək və alt paltarsız çıxmışdı. Bu hadisə çox səs-küyə səbəb olmuşdu. Şeron Stoun, İrina Şeyk, Madonna , Ledi Qaga , Rihanna və bir çox  məşhurlar da vaxtaşırı alt paltarsız geyimləri ilə diqqət cəlb etməyi bacarırlar. Bu il isə belə geyinən məşhurların sayı artmaqdadı”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az