"Anadolu"nun müxbiri Suriyada öldürüldü

Türkiyənin "Anadolu" agentliyinin Suriyanın Hələb şəhərindəki müxbiri Salih Mahmud Leyla həlak olub.

Vətəninfo.az-ın APA-ya istinadla verdiyi məlumata görə, S. Mahmud içərisinə bomba yerləşdirilmiş avtomobil vasitəsilə törədilən terror hücumu zamanı ölüb. Terror aktının "İŞİD" tərəfindən törədildiyi bildirilir.

S. Mahmud bir müddət əvvəl Hələbin Cəmiyyət-əl Zəhra rayonundakı döyüşləri işləyərkən də üzündən yaralanmışdı.

Agentlik qeyd edib ki, Salih Mahmud Hələbə bir il əvvəl göndərilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az