ANS-də fövqəladə toplantı - Mirşahindən ilk reaksiya
Hazırda ANS TV-də fövqəladə toplantı keçirilir.
Məlumata görə, telekanalın rəhbərliyinin toplantısından sonra məsələ ilə bağlı bəyanat veriləcək.
Müxtəlif KİV nümayəndələri toplantının yekununu gözləyirlər.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərə açıqlama verib: "Məlumdur ki, məhkəmə ANS TV-nin fəaliyyətinə xitam verib. Təbii ki, biz bununla razılaşmırıq. Müvafiq instansiyasılara müraciət edəcəyik".
Qeyd edək ki, bu gün məhkəmə ANS TV-nin lisenziyasına xitam verib. /Musavat.com/
Miq.az