ANS-in işsiz jurnalistləri bu TV-yə keçdilər

ANS-in işsiz jurnalistləri bu TV-yə keçdilər
Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri "İnterAz” internet televiziyasına keçib.

Publika.az-ın əldə etdiyi məlumata görə, artıq ANS TV-nin keçmiş əməkdaşları - Vüsal Süleyman, Kəmalə Əliisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri "İnterAz” TV-də işə başlayıblar.
Keçmiş ANS-çi Kəmalə Əliisgəndərqızı "İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.
Eyni zamanda "İnterAz” TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.
"İnterAz” rəhbərliyi bundan sonra TV-nin "ANS" kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az