Arvadını və qayınanasını öldürənə 20 il həbs cəzası verildi

Arvadını və qayınanasını öldürənə 20 il həbs cəzası verildi
Göygöl rayonunda arvadını və onun anasını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

"Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyevə höküm oxunub.
Məhkəmə qərarı ilə Z.Əliyev 20 il müddətinə (10 ilini ciddi rejimdə çəkməklə) azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 17 avqust 2017-ci ildə Z.Əliyev arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı və qayınanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı bıçaqlayıb. G.Əliyeva hadisə yerində, onun anası isə xəstəxanaya aparılarkən yolda ölüb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az