AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcək

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək.

Miq.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə büronun sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib. 

Məlumata görə, AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyasının yaradılmasına qərar verilib.

Missiyanın üzvlərini və rəhbərini AŞPA prezidenti təyin edəcək. Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.

Qeyd edək ki, büro iclasında Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin öyrənilməsi barədə də qərar qəbul edilib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az