AST Telman milyardlıq otelini geri almaq üçün hərəkətə keçdi

AST Telman milyardlıq otelini geri almaq üçün hərəkətə keçdi
Azərbaycanlı milyarder Telman İsmayılov "Mardan Palace" otelinin borcları səbəbi ilə "Halk Banka"a icra yoluyla satıldığı tenderin ləğvi üçün məhkəməyə müraciət edib. 

Miq.az baku.ws-ə istinadən bildirir ki, Antalya 5-ci İcra Hüquq Məhkəməsində keçirilən prosesdə "AST" şirkətlər qrupu adından vəkil Murat Türkal iştirak edib. Məhkəmə prosesində hakiminin iki tərəf arasında sülh əldə edilməsi təklifi hər iki tərəfdən rədd edilib. 

Vəkil Türkal məhkəmə predmeti olan daşınmaz əmlakın satışının qanunlara uyğun olmadığını bildirib. Qarşı tərəfin vəkili İsmayıl Çalım tenderin qanunlara uyğun olduğunu, məhkəmənin keçirilməsi istəyinin tenderin gecikdirilməsi üçün açıldığını iddia edib. 

Azərbaycanlı milyarder Telman İsmayılov "Mardan Palace" otelini 1,4 milyard dollara inşa etdirib. 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az