Qoç -
Bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış
yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən
peyda ola bilərlər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin
dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz.
Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik,
rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantik görüş yaxşı keçəcək,
xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün
əlverişli gündür.
Buğa - Ətrafınızdakı insanlara qəribə və mənasız
təsir bağışlayan qərarlar qəbul edəcəksiniz. Amma hər şeyə rəğmən
məqsədə doğru irəliləyirsiniz. Tənqidlər və məsləhətlər sizi yolunuzdan
sapdırmayacaq. Günün ikinci yarısında çoxdan həll olunası problemi
çözmək və mövqelərinizi möhkəmləndirmək şansı əldə edəcəksinz.
Diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun.
Bu gün yeni, faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Sevdiyiniz
insanlarla münasibətlərinizdə romantika artacaq.
Əkizlər - Xasiyyətinizin ən yaxşı məqamları bu gün
daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu
gün rəğbət bəslədiyiniz adamların az sonra bəzilərinin sizə xəyanəti
istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli
gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola
bilərsiniz.
Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin
reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin.
Gün maraqlı, həyəcanlı olacaq.
Xərçəng - İntellektual iş üçün uğurlu gündür.
Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi
aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün
razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq
və ya isti münasibətlərin əvvəli ola bilər.
Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş
təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin,
qüvvələrinizi bərpa edin.
Şir - Çoxdan bəri kiminləsə mübahisə etmək
istəyirdinizsə, istəyinizi bu gün gerçəkləşdirin. Opponentinizi "məğlub"
etmək və özünüzə inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu
insanlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət, danışıqlar,
müzakirələr üçün əlverişli gündür. Nəzərdə tutduğunuz işi görmək və ya
layihəni həyata keçirmək üçün pul almaq şanslarınız var.
Şəxsi məsələlərdə gün neytral olacaq. Yeni təəssüratlar, parlaq
emosiyalar istəyirsiniz. Təşəbbüskar olun. Ətrafdakı insanlar niyyət və
planlarınızdan, çətin ki, xəbərdar olsunlar.
Qız - İstənilən yeniliklər və eksperimentlər üçün
əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə
olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər.
Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir
qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.
Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz.
Bacarıq və biliklərinizi artırmağa çalışın.
Tərəzi - Gün asan olmasa da, baş verəcək hadisələr
xeyrinizə ola bilər. Səhvlərdən nəticə çıxarmaq və başqalarının
təcrübəsini təhlil etmək çox mühümdür.
Mühüm qərarları təkbaşına qəbul etmək istəsəniz də, təcrübəli
insanların məsləhətlərinə qulaq asın. Həmin məsləhətlər niyyətlərinizə
və planlarınıza tam uyğun olmasa da, dinləyin.
Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Hər
şeyi yerli-yataqlı düşünmək üçün bir qədər fasilə verin. Məqsəd və
prioritetlərdə dəyişikliklər ola bilər. Yeni əyləncə və maraqların
yaranması istisna deyil.
Əqrəb - Bu gün diqqət mərkəzində olmağa çalışın.
Nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır. Kiminsə
uğurlarınıza paxıllıq edərək həsəd aparması mümkündür.
Fəqət, qarşınıza qoyduğunuz işi görməkdə sizə yardım edəcək
insanlar daha vacibdir. Qəfil addımınız, gözlənilməz qərarınız
rəqiblərinizlə düşmənlərinizi zəiflədə bilər.
Başqa şəhərdə yaşayan uzaq qohum və ya tanışdan xəbər ala
bilərsiniz. Səfərə və ya səyahətə çıxmaq qərarına gələ bilərsiniz.
Təhtəlşüura inanın.
Oxatan - Gün maraqlı məşğuliyyət, həlli maraqlı
işə çevrilə biləcək məsələlərlə zəngin ola bilər. Qarşınıza qoyduğunuz
məqsədə tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız.
Köhnə dostlar və yaxın insanlarla mübahisə etməyin.
Münaqişələri həll etməyə can atın.
Qəfil təklif və dəvətlərin alınması istisna deyil. Hadisələrin baş
verdiyi məcra xoşunuza gəlir. Yaxşılığa doğru dəyişikliklər başlana
bilər.
Oğlaq - Eksperiment və qeyri-standart qərarlara
hazır insanlarla ideyalarınızı bölüşsəniz, gün sizə yeni imkanlar vəd
edir. Bu gün müttəfiq axtarışları ilə məşğul olun. Əfsuslar olsun ki,
müttəfiq tapılana qədər ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz.
Deyilənləri ürəyinizə salmayın.
Nəticəsi sərfəli anlaşmalar olacaq uğurlu səfərlər və səyahətlər
mümkündür. Gün iş axtarışları üçün də əlverişlidir. Kommersiya və
ticarət ilə məşğul olanlar sərfəli anlaşmalara nail ola bilərlər.
Dolça - Aşkar və qaçılmaz sandığınız qərarların
heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla
anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyillər. Onların
fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız.
Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcəklər.
Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə
bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala
bilərsiniz.
Balıqlar - Kiçik problemlər və ətrafdakı
insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi
pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da,
niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni
dostlar tapmağınız istisna olunmur.
Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün
əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa
düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə
bilərsiniz. milli.az