“Atamın vəziyyəti günbəgün yaxşılığa doğru gedir"

“Atamın vəziyyəti günbəgün yaxşılığa doğru gedir
Xalq artisti Habil Əliyevin vəziyyəti sürətlə yaxşılaşır.
Vətəninfo.az xəbər verir ki, bu sözləri ANS PRESS-ə kaman ustasının qızı Vəfa Əliyeva bildirib.
Onun sözlərinə görə, atası süni qida aparatından ayrılıb, hazırda sərbəst yemək yeyə və danışa bilir.
"Atamın vəziyyəti günbəgün yaxşılığa doğru gedir. Onu bu gün ailə üzvlərimizin köməkliyi ilə oturtmuşuq. Ancaq uzun müddət oturduğu zaman yorulur.”- deyə sənətkarın qızı bildirib.
Bu gün H. Əliyevin səhhətini yoxlamaq üçün Mərkəzi Klinik Xəstəxananın Baş həkiminin müavini Sədaqət Bəxri xalq artistinin evində olub. O, da sənətkarın halının hər gün yaxşılaşdığını bildirib.
"Mərkəzi Klinik Xəstəxananın həkimləri də 24 saat evimizdə növbəli şəkildə atamın vəziyyətinə nəzarət edirlər”- deyə kaman ustadının qızı əlavə etdi.
28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində Habil Əliyev 2015-ci il avqust ayının 15-də Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. İki gün əvvəl isə vəziyyəti normallaşdığı üçün evə buraxılıb.



Habil Əliyev- Xalq artisti

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az