Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edilib-İmişlidə

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edilib-İmişlidə
Vətəninfo.az xəbər verir ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə sentyabr 18-i ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.
 

Bu il görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə İmişli şəhər Mədəniyyət sarayında geniş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev iştirak edib. Çıxış edən cənab Vilyam Hacıyev Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıb, Onun azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətləri bir daha diqqətə çatdırıb. Tədbir musiqili kompozisiya ilə davam edib. 
 
Babək
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az