“Avropa öz renessansı üçün İslam dininə borcludur”
"İslam dininin yaranması və o dövrdən
keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara
gəldim ki, Avropa öz renessansı üçün İslam dininə və bir neçə yüz il
onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur”.
Vətəninfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter” səhifəsində yazıb. "Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər”, - deyə N. Məmmədov qeyd edib.