Avropadan Qarabağla bağlı - Bəyanat

Avropadan Qarabağla bağlı - Bəyanat

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirdiyi brifinqdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun siyasi həlli yolu tapılmalıdır.

Miq.Az Azərtac-a istinadən xəbər verir ki, D.Tusk qeyd edib:

"Əminik ki, Qarabağ münaqişəsi üzrə status-kvonun qorunub saxlanılması uzun müddət davam edə bilməz. Problemin beynəlxalq hüquqa uyğun siyasi həlli yolu tapılmalıdır”.

Avropa İttifaqı Şurasının prezidenti danışıqlar prosesi və münaqişə tərəfləri arasında son görüşlərlə bağlı nikbinliyini ifadə edib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az