Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlandı

Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlandı
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana səfər edəcək.

Trend-ə Türkiyənin xarici işlər nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla və digər rəsmilərlə görüşəcək: "Çavuşoğlunun Bakıya səfəri birgünlük olacaq”.
XİN-də həmçinin qeyd ediblər ki, səfər zamanı Türkiyə və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi və digər regional məsələlər müzakirə olunacaq: "Gözlənilir ki, Çavuşoğlu Azərbaycanın baş naziri Novruz Məmmədovla görüş keçirəcək”.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az