AXCP - Müsavat müttəfiqliyinə son qoyula bilər?

AXCP - Müsavat müttəfiqliyinə son qoyula bilər?

Müsavatdan AXCP-yə xəbərdarlıq: “Onlar cavablarını alacaqlar”

“Hər bir müttəfiq partiyalar arasında səmiyyətin ömrü uzun olmur. Partiyalar və onların təşkilatları arasında subardinasiya deyilən prinsiplər mövcuddur. Ya yuxarıların bu məsələdən xəbəri yoxdur, ya da xəbərləri var, amma heç nə demirlər”.

 Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı sosial şəbəkələrdə müttəfiqləri olan AXCP fəalları tərəfindən Müsavata və onun başqanına qarşı aparılan böhtan kampaniyasına münasibət bildirərkən açıqlayıb.

Tural Abbaslı qeyd edib ki, hər iki prinsip müttəfiqliyə uyğun deyil və ona sığışmayan addımlardır: “Bu cür yanaşmaların tək cəbhəçilər tərəfindən aparıldığını demək istəməzdim. Digər müxalif partiyalar da vahid namizəd məsələsinə bu cür yanaşa bilərlər. Biz Müsavat Partiyası olaraq istəyirik ki, İsa Qəmbər əsas namizəd olsun. Bunun üçün arqumentlərimizi səsləndiririk. Digərləri də öz partiya liderlərinin əsas namizəd olmasını istəyir. Amma onlar bunu arqumentlərlə cəmiyyətə sübut etməkdənsə, bizə qarşı sosial şəbəkələrdə hücumlara keçirlər. Buna görə onlar öz siyasi cavablarını alacaqlar. Biz 100 illik partiya olaraq heç vaxt yanlış qərarlar verməmişik. Və verilən qərarların da icrasına çalışmışı”.

“2013-də müttəfiqiniz olan AXCP-nin fəalları tərəfindən Müsavata və onun başqanına qarşı böhtanlar intensiv hal alarsa, müttəfiqliyə son qoyula bilərmi” sualına da Tural Abbaslı münasibətini açıqlayıb. O, bu cür böhtanların daha artacağına ümid etmədiyini bildirir: “Bəlli bir yerə qədər davam edə bilər. Bilməlidirlər ki, qarşı tərəf də həmin böhtanlara cavab verməyə hazırdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az