Ukraynada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib.
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin yaradıcılarından biri, 1997-2012-ci illərdə Kiyev Radasının üzvü və parlamentin iqtisadiyyat komissiyasının sədri olmuş 63 yaşlı Vilayət Quliyev ağır xəstəlikdən dünyasını dəyişib.
V.Quliyev dünən anadan olduğu Salyan şəhərində dəfn olunub.
V.Quliyev Ukraynanın ən böyük ayaqqabı istehsalçılarından biri idi. Onun yaratdığı “VİLKAS” şirkəti Ukraynada ayaqqabı istehsalında xüsusi paya malik olub. Minlərlə işçisi olan bu şirkətin məhsulları tezliklə Avropaya ixrac olunub və orada özünə bazar tapıb. Bundan sonra V.Quliyev İtaliyada da biznes qurub, italyan biznesmenlərlə birgə müəssisələr yaradıb. 2000-ci illərin əvvəlləri onun biznesinin çiçəklənmə dövrü idi. İxtisasca texnoloq olan V.Quliyev həmin vaxt daha çox İtaliyada yaşayıb. Bir neçə dildə (rus, Ukrayna, italyan, ingilis) sərbəst danışan azərbaycanlı iş adamı “ayaqqabı kralı” kimi tanınırdı.
Daha sonra isə V.Quliyevin biznesi çökməyə başlayıb. Mərhumun qardaşı Bayram Quliyevin virtualaz.org saytına dediyinə görə, Ukrayna-Rusiya münasibətləri kəskinləşəndən sonra Vilayət Quliyev Rusiyadakı bazarını gözlənilmədən itirərək müflis olub. O, biznesini 2005-ci ildən etibarən Rusiya bazarı üzərində qurubmuş.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto