Aydın Əliyev : "Mənim jurnalistləri tutdurmaq fikrim yoxdur"

Aydın Əliyev :
Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin keçmiş  sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məsələ ilə bağlı Unikal.org saytına  açıqlama verən keçmiş komitə sədri Aydın Əliyev  azxəbər.com saytını məhkəməyə verdiyini deyib:

"Onlar mən komitə sədri olarkən yazıblar.Söhbət vəzifədən yox şəxsiyyətdən gedir.Əgər bu düzdürsə onlar bir neçə müddət öncə niyə öz saytlarında üzrxahlıq etmişdilər.Mənim onları tutdurmaq fikrim yoxdur.Amma onlar məhkəmədəki çıxışlarında düzgün fikirlər səsləndirmirlər.Ona görə də mən axıra qədər gedəcəm.Məhkəmə qərar verəcək, mənim  onları bağışlamaq fikrim yoxdur”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az