"Ayfon"unu qıran deputat əsəbiləşdi: Telefonumu qaytarın!


Amerikalı rahib Endryu Bransonun həbsdə olduğu dönəmdə hökumətə dəstək məqsədilə "Ayfon” markalı telefonunu sındıran MHP-çi deputat Camal Enginyurd bu əməlindən peşman olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, deputat "Ayfon”nun qaytarılmasını istəyib.

"Bransonun üzündən Amerikaya qarşı "Ayfon”u sındırdıq. Branson təyyarəyə mindi, getdi. Amerika ilə münasibətimin pozulduğuna təəssüflənim, yoxsa Bransonun azadlığa buraxılmasına, yaxud qırılan "Ayfon”a görə?.. Ortada qaldıq. "Ayfon”umu verin. Çox əsəbiyəm”, - deyə deputat sosial şəbəkə hesabında qəzəbli paylaşım edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az