Azərbaycan bu hərbi texnikalardan ala bilər (FOTO)

Azərbaycan bu hərbi texnikalardan ala bilər (FOTO)
Azərbaycanlı məmurlar beynəlxalq silah sərgisinə getdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində on üçüncü İDEX-2017 beynəlxalq müdafiə sərgisi başlayıb. İstiPress-in məlumatına görə, iki ildən bir keçirilən sərgiyə Azərbaycanda daxil olmaqla 57 ölkədən 1235 şirkət qatılıb. Sərgi fevralın 19-dan 23-dək davam edəcək.

Sərgidə Azərbaycandan DSX rəisi, general-polkovnik Elçin Quliyevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdikləri nümayəndə heyətləri, o cümlədən Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin təmsilçiləri ziyarətçi qismində iştirak edirlər.

Son zamanlar silah istehsalında lider olmaq uğrunda irəliləyən Azərbaycanın ən yaxın qonşusu olan Türkiyə sərgidə 12 şirkətlə təmsil edilir.

Türkiyə bu sərgidə də ən böyük ortaqlıqlarından birinə imza atıb. "Otokar" 700 ədəd zirehli maşın hazırlayıb satacaq.

Zirehli maşınlar Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satılacaq. 8x8 taktik təkərli maşınların dəyəri 661 milyon dollardır. 

BƏƏ silahlı qüvvələrində xidmət göstərək "Rabdan" zirehli maşının adı Məhəmməd Peyğəmbərin (s.ə.s) atının soyundan gəldiyinə inanılan, gücü, sürəti və yarış qabiliyyəti ilə seçilən saf qan Ərəb atından gəlir. Maşın sürücü də daxil olmaqla 11 nəfəri daşıyır. "Rabdan"ın yükgötürmə qabiliyyəti 30 tondur. 
 
Miq.az











İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az