Azərbaycan bu ölkədən müasir qırıcılar alır
Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcılarının satın alınmasına maraq göstərib.
Miq.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.
Onun sözlərinə görə, Azərbaycan JF-17 Block 3 modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.
Qeyd edək ki, JF-17 Block 3 ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.
Miq.Az