Azərbaycan ərazisinə keçən ermənilər GERİ QAYTARILDI

Azərbaycan ərazisinə keçən ermənilər GERİ QAYTARILDI

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb. 

Qeyd edək ki, onlar 20 və 21 yaşlı gənclər olub. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az