Azərbaycan Ermənistanı ən zəif yerindən vurdu
İqor Muradyan: Ermənistan ümidini Rusiyaya bağlayıb
Ermənistan elə addımlar atır ki, Azərbaycan çox rahatlıqla onu Ermənistanla ATƏT-in münasibətlərini korlamaq üçün istifadə edir.
Bu barədə erməni şərhçi Naira Ayrumyan bu günlərdə dərc etdiyi məqaləsində Azərbaycanın ATƏT-in İrəvan ofisinin mandatının uzadılması qərarınv veto qoyması xəbərini şərh edərkən bildirib.
"Azərbaycan Xarici İşlər Nazirliyinin bu günkü bəyanatında deyilir ki, daha öncə Ermənistan, sən demə, Dəşkənd və Bişkek ofislərinin mandatının uzadılmasına, həmçinin Rusiya-Ukrayna sərhədində blokpostların quraşdırılmasına veto qoyubmuş”,- deyə Naira Ayrumyan vurğulayıb.
İstiPress-in məlumatına görə, daha sonra erməni şərhçi İrəvanın ona dəxli olmayan məsələlərə bu cür yanaşmasının səbəbini göstərir: "Ermənistan faktiki olaraq ona dəxli olmayan, amma Rusiyanın maraqlarının əhatəsində olan qərarlara veto qoyub. Bu mənada Ermənistanın Qarabağla bağlı mövqeyinin ATƏT tərəfindən dəstəklənəcəyini gözləməyə dəyməz”.
Azərbaycan ATƏT-in İrəvan ofisinin mandatının uzadılmasına veto qoymaqla, həm də qoşunların təmas xəttində monitorinq mexanizmlərinin yerləşdirilməsinin büdcəsinə veto qoyur. Rəsmi Bakının mövqeyi aydındır, mexanizmlərin yerləşdirilməsi status-kvonun möhkəmləndirilməsi deməkdir ki, bu da Ermənistanın xeyrinədir. Yəni Azərbaycan diplomatiyası Ermənistanın səhvlərindən çox uğurla istifadə edir. Naira Ayrumyan rəsmi İrəvanın buna qarşı qoya biləəck hər hansı bir fəaliyyətinin olmadığını vurğulayır.
Erməni şərhçi İqor Muradyan da öz ölkəsinin siyasi durumunu şərh edərək onun bataqlıqda olduğunu vurğulayır: "Ermənistan əvvəlki kimi bu bataqlıqda ümidini dirəndiyi dalandan çıxış yolu tapa bilməyən Rusiyaya bağlayıb. Rusiya isə sanki qəsdən Qərb cəmiyyətinin seçilmiş düşməninə çevrilir”.
Miq.Az