Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib

Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb.
 
APA-nın məlumatına görə, institut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.
 
Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, "Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları,  LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.
 
Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə "Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün "Tamir” raketlərini sifariş edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az