Azərbaycan Ordusu Ermənistanı "vurdu"-Ən güclü ordular siyahısında

Azərbaycan Ordusu Ermənistanı

Dünyanın ən güclü orduları siyahısında Azərbaycan

Dünyanın ən güclü ordularının bu ilki reytinq cədvəli tərtib edilib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən güclü orduların yeni reytinqini Amerikanın "Global Fire Power” araşdırma mərkəzi açıqlayıb.

Hər il olduğu kimi bu il də siyahıda 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb.

Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan isə 94-cü pillədə dayanıb.

Qeyd edək ki, ötən ilki reytinq cədvəlində Azərbaycan döyüş gücünə görə 63, Ermənistan isə 74-cü pillədəydi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az